İran TŞ-nin Qəzza əhalisinin soyqırımını dayandırmaqla bağlı qətnaməsinə veto qoyulmasını pisləyib

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Amerikanın Qəzzaya qarşı müharibəni dayandırmaqla bağlı Təhlükəsizlik Şurasına üç dəfə təqdim etdiyi qətnaməyə veto qoyması, Qəzzada mövcud böhranın başlanğıcından bu yana İran İslam Respublikasının düzgün qiymətləndirilməsini açıq şəkildə təsdiq edir. İran hazırkı böhranın əvvəlindən bildirib ki, Amerika bu müharibənin əsas idarəedicisidir, Qəzza zolağında və İordan çayının qərb sahilində soyqırımın, fələstinli uşaq və qadınların öldürülməsinin sona çatmasına əsas maneədir.”

Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani ABŞ rejiminin qəsbkar sionist rejimin fələstinlilərə qarşı soyqırımının dayandırılması ilə bağlı Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoymasını pisləyib.

Nasir Kənani əlavə edib: “Amerika rejiminin BMT Təhlükəsizlik Şurasında sionist rejimdən Qəzzəyə qarşı müharibəyə və Fələstin vətəndaşlarının öldürülməsinə son qoymasını tələb edən qətnamənin qəbulunun qarşısının alınması istiqamətində hərəkəti bir daha dünyaya sübut etdi ki, Amerika Qəzzədəki humanitar böhran və fəlakətin həllinin bir hissəsi olmamaqla yanaşı, böhranın davam etməsində ən mühüm amil və onun regionda genişlənməsinin əsasıdır.”

Diplomatik qurumun sözçüsü vurğulayıb: “Amerikanın Təhlükəsizlik Şurasında düzgün düşünülməmiş mövqe və hərəkətləri və veto hüququndan ifrat dərəcədə istifadə etməsi, regional və beynəlxalq sülh və təhlükəsizliyi ciddi problemlə üzləşdirməkdən əlavə, həm də beynəlxalq sülh və təhlükəsizliyi qorumaq məqsədilə yaradılmış BMT və Təhlükəsizlik Şurasının əsas hədəfini ləkələmiş, qlobal sülh və təhlükəsizliyin qorunmasında BMT-nin roluna hökumətlərin və xalqların inamını zəiflətmişdir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .